cover

Amigdala - Noton

Amigdala-Noton.mp3
作词 : Elvin Nəsirov 作曲 : Elvin Nəsirov Bütün hə...
作词 : Elvin Nəsirov
作曲 : Elvin Nəsirov
Bütün həyatım nəqarət, nəhayət “verse” başladı
Qabağına çıxanların əz başların
Bilirəm ki, o bu yolda tək başınadır
Hər susduqca danışacaq göz yaşları

Güzgünün qabağında oturmusan
Qucaqlamaq olmur onu güzgüdə
Gözlərinə axtardığım cənnəti
Sən axtarıb tapırsan onu bir-iki tüstüdə

Ölkəmdə evlənmək üçün dövlət işi şərt olubdur
9-dan 6-ya kimi ağ köynək, qara geyimlə
Neçə insanın xəyalları bu yolda məhv olubdur
Övladların gələcəyini məhv eləyən valdeynlər

Oynayırlar talehinlə
Məcbur universitet oxutdurmaq, diplom üçün - var beyində
Ən çətin günündə əlini buraxan əllər
Bir gün peşman olub “getmə, qal” deyillər

Onu toxunmayın qulağında qulağcıqla bu şəhəri tək gəzsin
Qoy bu mahnı onun bədənini, ya ruhunu bu gün tərpətsin
Ona çətin gəlir döyüşmək içindəki böyük ağrılarla
Amma hər insanın dünyasında bəstələnməmiş neçə cür mahnılar var

Hamı sənlə fəxr edir, sən ucalırsan
Sən ailənin göz bəbəyi, sən tez üz alırsan
Hətda ac qalırsan, hərdən də borc alırsan
Gözünü açıb görürsən ki, dost, qocalırsan

Gücün çatmır, hə? Həyatla barışıb nədən
Dözmək olmur axı buna, çalışıb gedək
Görə ki, bu zibilə alışır bədən
Ruhun uçur gedir, torpağa qarışır bədən

Vau! Dönür badələr buza
De görüm insan övladı həyatda day nələr qusar?
Ümid edək ki, nə vaxtsa müharibələr susar
Neçə gecəni tək keçirməli oldun ailədən uzaq…

Etdiyin duaya cavab gəlməsin
Kim ödüyəcək həyatın cəriməsin?
İmkan vermə zorakılıq görməsin
Çətin olur bu şəhərdə uşağın böyüməsi

Onu toxunmayın qulağında qulağcıqla bu şəhəri tək gəzsin
Qoy bu mahnı onun bədənini, ya ruhunu bu gün tərpətsin
Ona çətin gəlir döyüşmək içindəki böyük ağrılarla
Amma hər insanın dünyasında bəstələnməmiş neçə cür mahnılar var
展开