cover

Respect - Noton

Respect-Noton.mp3
作词 : Elvin Nəsirov 作曲 : Yuzbek Zagirov Bizi bu...
作词 : Elvin Nəsirov
作曲 : Yuzbek Zagirov
Bizi bu döyüşdə tək qoyan Azrep hardaydı?
Mənim kütləm arxamda daydaydır
Yuxu olardı, bu yuxudan ayılaydım
Gedənlərdə kaş geri qayıdaydı

Dünən repə başlayanın bu gün dili uzanır
Onlara deyin Aslixanın işinə qarışmasın
Düşmən olursa, olsun, barışmır, barışmasın
Heç olmasa gəlib bizə “true”luqdan danışmasın

Canavar qocalmayıb, kefi pozula bilər
Satmaq istəyər dostun, amma ki, sata bilməz
“Gladiator”lara Əhəd yalnız dost ola bilər
Məlun Mərdümgiriz heç vaxt bizə “diss” ata bilməz

Çoxunu çəkmək istəmişdik biz yanımıza
Dedilər - eləmə, elədiyini danırmısan?
“İkiqat”, de görüm nə gözləyim mən bu kütlədən?
Məni ustad kimi görüb, A4-ü tanımırsa?!

Yerin üstü Aslixan-dan, altı isə məndən ibarətdir
Klipi Fərman, “beat” yığmağı isə Yüzbək unudar
Ölkənin ssenaristlərinə bu gün nümunə olaraq
Əlixan Rəcəbov-u Taleh Yüzbəyov-u var

Fuad İsgəndərov-la oturmuşduq, söhbət edirdik
Dedim - bu komanda öz keyfiyyətini öldürə bilməz
Nə qədər “StandUp” gördüm, bəyənmədim
Heç kim məni Erkin Ergin qədər güldürə bilməz

Kütlənin düzgün dəyər verdiyini düşünmürəm
Emil Musayev-i niyə tanıyan az olmalıdır?
Rafinsh'in “Kinozavr”ı kiminə iynə kimidir
Niyə rejissorların nifrətini qazanmalıdır?!

Mc Bus-ın "Piramida"ında indi azıb qalmışam
Qulaqcıqda gedən Paster-dir - "Ölənə Qədər"
Məsələn Murad-dır, Vaxo-dur, Madrhyme-dır
Neçə ildir birlikdəyik, davam edər ölənə qədər

Yadına gəlir, Murad? Space-in qabağında
Pulsuzluqdan çörəyin içinə çörəy basıb yemişdik
İndi nə oldu bizə? Dəyişdi dövran
Dəyişdi məni, dəyişdi mənim dünyam

Bu günə kimi heç bir kitab alıb oxumamışam
Necə olur İncəsənət-ə 3 dəfə qəbul olmuşam?
Qabiliyyətdən 10 almışam, 5000 pul istəyiblər
Həmin pula studiya açıb, sonra reper olmuşam

Dinləyici bu qədər əziyyət çəkdiyini görmürsə
Avtobus növbəti dayanacaqda saxla, düşürəm
Çox dedilər - yaraşmır şairə getmək
Bu oyunu tərk edib gedənləri mən başa düşürəm

Düşmən oluram hər gün biriylə
Bu qədər reper sizin üçün az deyil
Oturub dərdləşdik Miri ilə
Anladım, mənə lazım deyil “Azrap”

Gəl, dost, neçə ili geridə qoymuşuqsa
Badələri qaldıraq… Sağlığa
Get, poz keçmişdəki səhvləri
Üzümüzə vurmadan söhbəti donduraq
Üzə olma ağ…

Gəl, dost, neçə ili geridə qoymuşuqsa
Badələri qaldıraq… Sağlığa
Get, poz keçmişdəki səhvləri
Üzümüzə vurmadan söhbəti donduraq
Olma ağ…
展开